...

GÜLƏŞÇİLƏRİMİZ GƏNCLƏR ARASINDA KEÇİRİLƏN YUNAN-ROMA DÖYÜŞ NÖVÜ ÜZRƏ AVROPA ÇEMPİONATINDA BEŞ MEDAL QAZANIBLAR

Cəmiyyət Materials 14 İyul 2005 11:21 (UTC +04:00)

Güləşçilərimiz Albaniyanın paytaxtı Tiranada başa çatmış gənclər arasında keçirilən yunan-roma döyüş növü üzrə Avropa çempionatında uğurla çıxış ediblər. Azərbaycan güləş Federasiyasından Trend ə verilən məlumata görə, güləşçilərimiz komanda hesabında üçüncü yeri tutaraq, ayrı-ayrı çəki dərəcələrində daha beş medal qazanıblar.

63 kq çəki dərəcəsində Rafiq Hüseynov gümüş medala layiq görülüb. Hacıxan Mustafayev (54 kq), Elvin Mürsəliyev (69 kq), Rüstəm Əliyev (76 kq) və Aydın Səfərov (85 kq) isə bürücnc medalla kifayətləniblər.

Xəbər lenti

Xəbər lenti