...

AZƏRBAYCAN DONORLARLA "MİLLİ İMMUNLAŞDIRMA KAMPANİYASI"NIN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ QARŞILIQLI ANLAŞMA BARƏDƏ MEMORANDUM İMZALAYIB

Cəmiyyət Materials 14 İyul 2005 19:00 (UTC +04:00)

İyulun 14-də Azərbaycanın Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu, YUNESKO və Vişnevski-Rostropoviç Fondu arasında ölkədə "Milli immunlaşdırma kampaniyası"nın həyata keçirilməsi üzrə memorandum imzalanıb. Trend in məlumatına görə, sənədi səhiyyə naziri Əli İnsanov və bu donor təşkilatların Azərbaycandakı nümayəndələri imzalayıblar.

Milli immunizasiya kampaniyası qızılca və məxmərəyə qarşı vaksinlərin vurulmasını nəzərdə tutur. Kampaniya bütün ölkə üzrə 7 yaşından 23 yaşınadək olan şəxslərə şamil edilir. Bakıda isə əlavə olaraq 23-dən 29 yaşadək olan şəxsə vaksin vurulacaq. Kampaniya ümumilikdə 3 milyondan artıq ölkə vətəndaşını əhatə edir.

Bu kampaniya 2002-ci ildə qızılca və məxmərəyin eliminasiyası və məxmərək sindromunun qarşısının alınması üzrə Ümumdünya proqramı əsasında həyata keçirilir. Beynəlxalq təşkilatlar - donorlar Azərbaycanda milli kampaniyanın həyata keçirilməsi üçün 3 milyon dollar ayırmağı planlaşdırıb.

Xatırladaq ki, Azərbaycan Qafqazda bu kampaniyanın həyata keçirildiyi ilk ölkədir. ÜST-nın statistikası üzrə, hər il dünyada 30-40 milyon uşaq qızılca xəstəliyinə tutulur. 2003-cü ildə 530 min adam bu xəstəlikdən vəfat edib.

Xəbər lenti

Xəbər lenti