...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ JURNALİSTLƏRƏ AKSİYA KEÇİRMƏK ÜÇÜN "20 YANVAR"-"QƏLƏBƏ" MARŞRUTUNU TƏKLİF EDİB

Cəmiyyət Materials 15 İyul 2005 12:07 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin iyulun 17-də keçirməyi planlaşdırdığı yürüş mitinqinə icazə verib. Bu barədə Trend ə aksiyanın təşkilatçılarından olan Şahbaz Xuduoğlu məlumat verib. O bildirib ki, iyulun 15-də Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin aksiya keçirməsinə razılıq verib, lakin yürüş-mitinq üçün başqa marşrut təklif edib. Paytaxt rəhbərliyi metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" meydanınadək yürüş-mitinq keçirməyi məsləhət görüb.

Şahbaz Xuduoğlu bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklifi onları qane etmir. Çünki həmin marşrut üzrə əsasən siyasi partiyalar və bloklar aksiya keçirirlər. Biz siyasi təşkilatlar deyilik və tədbirimizin məqsədi, mahiyyəti də siyasi xarakterli deyil. Ona görə təşkilatçılar, redaktorlar yığışıb bu məsələni müzakirə edib yekun qərara gələcəyik"-deyə Şahbaz Xuduoğlu bildirib. Onun sözlərinə görə, jurnalistlərin yürüş mitinqinin təşkilatçıları iyulun 15-də "Azadlıq" qəzetinin redaksiyasında toplantı keçirəcək, aksiyanın hansı marşrut üzrə keçirilməsinə qərar verəcəklər.

Xəbər lenti

Xəbər lenti