...

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANLARININ VAXTI MÜƏYYƏN EDİLİB

Cəmiyyət Materials 15 İyul 2005 13:42 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2005-2006-cı dərs ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilmə vaxtını müəyyən edib. TQDK-ən Trend agentliyinə verilən məlumata görə, III ixtisas qrupu üzrə abituriyentlər iyulun 19-da, I ixtisas qrupu üzrə abituriyentlər iyulun 24-də, II və IV ixtisas qrupu üzrə abituriyentlər iyulun 28-də, V qrup üzrə abituriyentlər isə iyulun 31-də imtahan verəcəklər.

İmtahanlar Bakıda və Naxçıvanda keçirilir. Bu il 27 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisələrində yerlərin sayı 28 785-dir (Keçən il bu rəqəm 28 475 təşkil edib). Onların 23 585-i dövlət müəssisələrində, 5 200-ü isə qeyri-dövlət müəssisələrindədir. Dövlət müəssisələrində pulsuz yerlərin sayı 10 828, pullu yerlərin sayı isə 12 757-dir. Qəbul 254 ixtisas üzrə aparılacaq. Bu il həmçinin "İqtisadiyyatın tənzimlənməsi", "Sığorta işinin təşkili", "Ekoloji kimya" və "Urdu dili və ədəbiyyatı" ixtisasları üzrə qəbul keçiriləcək.

Orta məktəbi 2005-ci ildə bitirmiş abituriyent oğlanlardan möhlət tələb olunmur.

Xəbər lenti

Xəbər lenti