...

BOKSÇU ŞAHİN İMRANOV ALEKSEY TİŞŞENKODAN ƏVƏZ ÇIXMAĞA CƏHD EDƏCƏK

Cəmiyyət Materials 16 İyul 2005 11:35 (UTC +04:00)

Şahin İmranovla Aleksey Tişşenko arasında keçiriləcək prinsipial görüş Moskvada keçirilən boks zrə Dünka Kubokunda Azərbaycan və Rusiya yığmalarının yarımfinal görüşünün əsas mərhələsi olacaq. Trend in məlumatına görə, mütəxəssislər köhnə rəqiblərin görüşəcəyi 57 kq çəki dərəcəsi üzrə keçiriləck qarşıdurmaları xüsusi maraqla gözləyirlər.

Boksçular artıq Afinada Olimpiadasında görüşüblər. O zaman Ş.İmranovun öz rəqibindən qat-qat güclü olmasına baxmayaraq, qaşının üzərindən aldığı zədə ona növbəti raunda çıxmağa imkan verməmişdi. Lakin taleyin hökmü məhz A.Tişşenkoya Olimpiya çempionu olmaq şansı vermişdi. İndi atletlərin qarşısında kimin daha güclü olduğunu sübut etməyi aydınlaşdırmaq vəzifəsi durur.

Xatırladaq ki, Azərbaycan yığması ilkin mərhələdə Koreya və Ukrayna idmançılarına qalib gələrək növbəti mərhələyə çıxış əldə ediblər.

Xəbər lenti

Xəbər lenti