...

AZƏRBAYCANIN REGİONLARINDA DAŞQINLARIN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ 5 AMS-İN TİKİLMƏSİ NƏZƏRDƏ TUTULUR

Cəmiyyət Materials 16 İyul 2005 14:28 (UTC +04:00)

Azərbaycanın regionlarında daşqınların qarşısının alınmasına yönəldilmiş layihə çərçivəsində 5 avtomatik metereoloji stansiyanın (AMS) tikilməsi planlaşdırılır. Bu barədə Trend agentliyinə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında hidrometeoroloji proqnozlar Departamentindən xəbər verilib.

Yeni avadanlıq hava şəraitində baş verən istənilən dəyişikliyi avtomatik olaraq qeydə almağa və müvafiq tədbirlər görməyə, xüsusilə təbii fəlakətlərin baş verəcəyi barədə əhalini xəbərdar etməyə imkan verəcək.

Layihənin dəyəri 30 mln dollar təşkil edir və o, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti