...

JURNALİSTLƏRİN MİTİNQ-YÜRÜŞÜNƏ HAZIRLIQ İŞLƏRİ YEKUNLAŞDIRILIB

Cəmiyyət Materials 16 İyul 2005 14:36 (UTC +04:00)

İyulun 17-də keçiriləcək jurnalistlərin mitinq-yürüşünə hazırlıq işlərini müzakirə etmək üçün iyulun 16-da Azərbaycan Jurnalistlər Konfederasiyasının ofisində iclas olub. Trend in məlumatına görə, aksiyanın təşkilatçılarının toplantısında mitinq-yürüşlə bağlı texniki məsələlər, aksiyaya hazırlığın səviyyəsi müzakirə olunub.

"Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun doğum günündə təşkil olunan bu aksiya onun qətlə yetirilməsinə, cinayətkarların taplımamasına etiraz əlaməti olaraq keçirilir.

Sabah saat 17.00-da "Qələbə" kinoteatrının qarşısındakı meydanda mitinq başlanacaq, çıxışlar ediləcək, şüarlar səsləndiriləcək. Mitinqin aparıcısı Şahbaz Xuduoğlu olacaq, aksiya iştirakçıları qarşısında 10 nəfərin çıxışı planlaşdırılıb.

Aksiyaya siyasi partiyalar da dəvət olunublar, lakin aksiyanın siyasi xarakter almaması üçün siyasi liderlərin, partiyaların nümayəndələrinin çıxışları nəzərdə tutulmayıb.

Mitinq bitdikdən sonra həmin meydandan üçüncü Fəxri Xiyabana qədər yürüş olacaq, Elmar Hüseynovun məzarı ziyarət ediləcək. Aksiya iştirakçıları üçün simvolik geyimlər də hazırlanıb. Mitinq-yürüşə qoşulanlar üzərində Elmar Hüseynovun şəkli olan xüsusi köynəkdə və papaqda olacaqlar.

Mətbuat prospektindən keçəcək yürüşdə "Elmar Hüseynovun qatilləri və sifarişçiləri tapılsın!", "Mətbuata təzyiqlərə son qoyulsun!", "Jurnalistlərə qarşı cinayətlərə son qoyulsun!" kimi şüarlar yazılmış plakatlar nümayiş olunacaq. Qeyd edək ki, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti