...

AZƏRBAYCXAN VƏ İRANIN ƏMƏKDAŞLIĞI BARƏDƏ SƏNƏD HAZIRLANIR

Cəmiyyət Materials 18 İyul 2005 19:04 (UTC +04:00)

Su hövzələrində, eləcə də Xəzərdə bioloji resursların artırılması üzrə Azərbaycanla İran arasında əməkdaşlıq üzrə sənəd hazırlanır. Ekologiya və Təbii ehtiyatlar Nazirliyndən Trend ə verilən məlumata görə, bu istiqamətdə müvafiq danışıqlar aparılır və əməkdaşlığın istiqamətləri müəyyənləşdirilir.

"Azərbaycanda artıq ildə dənizə 15 milyon nərə balığı buraxan "Xıllı" balıq zavodu mövcuddur. Hərçənd ki, biz İranla bu istiqamətdə əməkdaşlıqda da maraqlıyıq, çünki bu işimizin effektivliyini artırır" - deyə Nazirlikdə bildiriblər.

Bundan əvvəl İranın Azərbaycandakı səfiri Əfşar Süleymani məlumat verib ki, İran Azərbaycanda balıq zavodunun tikintisində maraqlıdır. O qeyd edib ki, hər il İranın dövlət büdcəsindən balıq çoxaldılması məqsədləri üçün 6 milyon dollar vəsait ayrılır. "İran hər il Xəzərə 350 milyon balığın buraxılmasını həyata keçirir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti