...

SƏRBƏST GÜLƏŞ ÜZRƏ İDMANÇILARIMIZ AVROPA BİRİNCİLİYİNDƏ DÖRD MÜKAFAT QAZANIBLAR

Cəmiyyət Materials 19 İyul 2005 11:52 (UTC +04:00)

Sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız Tiranada keçirilən Avropa birinciliyində bir gümüş və dörd bürünc mükafata layiq görülüblər.

Trend in məlumatına görə, milli komandanın tərkibində finala çıxmış 54 kq çəki dərəcəsində Etimad Qurbanov ən yaxşı nəticə əldə edib. Araz Həşimov (58 kq), Cəbrayıl Həsənov (46 kq), Elçin Babayev (63 kq) və Elçin Həsənov (50 kq) da medala layiq görülən güləşçilərimizdir. Bu medallar komandaya ümumi komanda hesabında üçüncü yeri tutmaq imkanı verib.

Bundan başqa, Tiranada idmançılarımızın bir gümüş və dörd bürünc mükafat qazandıqları sərbəst güləş üzrə qitə birinciliyi başa çatıb. Rafiq Hüseynov (63 kq) bu yarışın finalçısı olub. Hacıxan Mustafayev (54 kq), Rüstəm Əliyev (76 kq) Elvin Mürsəliyev (69 kq) və Aydın Səfərov (85 kq) üçüncü yerlə kifayətləniblər.

Xəbər lenti

Xəbər lenti