...

AĞACAN ABIYEV YIĞMAMIZIN BOKS ÜZRƏ DÜNYA KUBOKUNDA ÇIXIŞINDAN RAZIDIR

Cəmiyyət Materials 19 İyul 2005 13:32 (UTC +04:00)

"Mən Moskvada keçirilən Dünya Kuboku uğrunda yarışqlarda Azərbaycan yığmasının iştirakından razıyam". Bu barədə Trend ə Milli Federasiyanın prezidenti Ağacan Abıyev məlumat verib.

O qeyd edib ki, komanda ən yaxşıların dördlüyünə daxil olub. Bu fakt sevindirməyə bilməz. Onun sözlərinə görə, hazırda Rusiya və Kuba komandalarında idmançıların hamısı heç də həmin ölkələrin dəri əlcək ustalarından ibarət deyil və buna baxmayaraq, bizim idmançılarımız onlarla rəqabət apara bilir.

A.Abıyev qeyd edib ki, yığmamız Moskvaya güclü tərkibdə gedib və dünya çempionatı ərəfəsində kollektivin özəyi artıq formalaşıb. Federasiyanın prezidentinin sözlərinə görə, əsas startı Çində keçiriləcək dünya çempionatı olacaq boksçularımız üçün bu mövsüm bütövlükdə pis keçməyib.

Xəbər lenti

Xəbər lenti