...

"MEDİA VƏ GƏNCLİK" MÖVZUSUNDA GENİŞ KONFRANS KEÇİRİLİB

Cəmiyyət Materials 19 İyul 2005 15:12 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə iyulun 19-da Beynəlxalq Mətbuat Mərkəzində "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda Azərbaycan mətbuatının 130 illik yubileyi, gəncilin mətbuatın inkişafındakı rolu və yeri, mətbuatın və gənclərin problemləri, eyni zamanla uğurları barədə müzakirələr aparılırb, məruzələr dinlənilib.

YAP Gənlər Birliyinin sədri Ramil Həsənov mətbuatın 130 illik yubileyinin əlamətdar hadisə olduğunu bildirib. Prezident Apparatı ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev məruzəsində mətbuatın yubileyinin ümumrespublika səviyyəsində qeyd olunduğunu, bu münasibətlə bölgələrdə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanda KİV sahəsində xeyli uğurlar, inkişaf müşahidə edildiyini deyən Q.Əliyev Ədliyyə Nazirliyində 600-dən çox media orqanının qeydiyyat keçdiyini, onların 100-dən artığının dövriliyinin gündəlik və həftəlik olduğunu bildirib.

Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, bu gün ölkədə 40 mindən artıq jurnalistin mövcudluğu, hər kəsin öz fikrini azad şəkildə ifadə etmək imkanının olması demokratiyanın göstəricisidir. O, bildirib ki, gənclik dedikdə, yaşından asılı olmayaraq yeniliyin, mütərəqqi fikirlərin daşıyıcısı olanlar nəzərdə tutulmalıdır və belə ideyaları hər zaman dəstəkləyən, önə çəkən ümummilli lider Heydər Əliyev olub.

Mətbuat Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycanda son dövrlərdə müşahidə edilən dinamikliyin, fəallığın təkcə mətbuat bayramı ilə deyil, həm də ictisai-siyasi proseslərlə bağlı olduğunu deyib. O, mətbuatın 130 illiyi ilə əlaqədar bölgələrdə keçirilən tədbirlərdən, Zərbad şəhərində mətbuatın banisi Həsən bəy Zərdabinin muzeyinin açılmasından danışıb.

R.Məcidin sözlərinə görə, Azərbaycan mətbuatının dirçəlməsindən, bir çox problemlərinin həllini tapmasında Heydər Əliyevin böyük xidmətləri olub, 1998-ci il 6 avqustda senzuranın ləğv olunmasına dair fərman imzalayıb, sonrakı illərdə qəzet redaktorları ilə görüşüb, onların problemlərini dinləyib, qəzetlərin nəşriyyata olan dorclarını dondurub və bu kimi əməllərinə görə "Mətbuatın dostu" adına layiq görülüb.

YAP-ın icra katibinin müavini, millət vəkili Bahar Muradova Azərbaycanın Qafqazda mətbuatının inkişafına görə tanınan ölkə olduğunu və bu gün də həmin ənənənin davam etğdiyini deyib.

O, mətbuatın həm ictimai rəy formalaşdırdığını, həm tənqid, həm təbliğ mövqelərində dayandığını deyərək, eyni zamanda mətbu orqanlarının ayrı-ayrı siyasi və qrupp maraqları üçün alətə çevrilməməsinin vacibliyini vurğulayıb. Millət vəkilinin sözlərinə görə, mətbu orqanlar, jurnalistlər öz tərəfsizliyini, obyektiyini qoruyub saxlamaq üçün kənar təsir edilməsini gözləməməli, bunu özləri etməlidirlər.

"Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Olaylar" Agentliyinin direktoru Yunus Oğuz və digərləri çıxışlarında mətbuatla gənciliyin vəhdətindən, müstəqil mətbuatın rolundan və gənclərin İlham Əliyevin siyasətinə, islahatlarına dəstək verməsindən danışıblar.

Xəbər lenti

Xəbər lenti