...

AZƏRBAYCANIN XOKKEY ÜZRƏ YIĞMASI VİNNİTSDƏ YOXLAMA GÖRÜŞLƏRİ KEÇİRİR

Cəmiyyət Materials 19 İyul 2005 16:46 (UTC +04:00)

Azərbaycanın qadınlar arasında ot üzərində xokkey üzrə yığması Ukrayna komandası ilə yoldaşlıq görüşləri keçirmək üçün Vinnitsə yola düşüb. Trend in məlumatına görə, səfər ukraynalı idmançıların Bakıya gəlişinə cavab olaraq həyata keçirilib. Onlar Bakıda təlim-məşq toplantıları və meydan sahibləri ilə birgə yoxlama görüşləri keçiriblər.

Vinnitsdə kollektivin baş məşqçisi Adil Paşayev oyunçuların peşəkarlığını artırmaq və komandalar arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək niyyətindədir. Belə ki, yığmanı sentyabr ayında Bakıda Avropa çempionatının turniri gözləyir ki, kollektiv bu yarışa böyük ümid bəsləyir.

Qeyd etmək lazımdır ki, azərbaycanlı xokkeyçilərin çempionatda Belorusiya, İtaliya və Uelslə birgə "V" yarımqrupunda mübarizə aparacaqlar, Bu zaman Belçika, Litva, Polşa və Rusiya komandaları "A" yarımqrupuna daxil olacaqlar.

Xəbər lenti

Xəbər lenti