...

YENİ AZƏRBAYCAN PARTİYASINDA MİLLİ MƏTBUATIN 130 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Cəmiyyət Materials 20 İyul 2005 17:49 (UTC +04:00)

İyulun 20-də hakim Yeni Azərbaycan Partiyasının(YAP) qərargahında milli mətbuatın yaranmasının 130 illiyi münasibəti ilə yubiley tədbiri keçirilmişdir. Trend informasiya agentliyi xəbər verir ki, mərasimdə YAP rəsmiləri ilə yanaşı yazılı və elektron KİV-lərin rəhbərləri, jurnalistlər iştirak etmişlər.

Tədbirdə çıxış edən YAP icra katibi , millət vəkili Əli Əhmədov ictimai fikrin formalaşmasında mətbuatın müstəsna rol oynadığını bildirmişdir. 130 il əvvəl "Əkinçi" qəzeti ilə başlayan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışan YAP rəsmisi müstəqil Azərbaycanda azad fikrin ifadəsi üçün hər bir şəraitin yaradıldığını bildirmişdir.

O, bu işdə sabiq prezident Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu demişdir. Görüşdə çıxış edən KİV rəhbərləri mətbuat azadlığı sahəsində göstərilən dövlət qayğısından danışmışlar.Tədbirin sonunda bir qrup KİV nümayəndəsinə mükafatlar təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti