...

BELFORDDA QIZLAR VƏ OĞLANLAR ARASINDA ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONATININ İKİ MƏRHƏLƏSİ KEÇİRİLİB

Cəmiyyət Materials 21 İyul 2005 11:47 (UTC +04:00)

Fransanın Belford şəhərində qızlar və oğlanlar arasında şahmat üzrə dünya çempionatının iki mərhələsi keçirilib. 10 yaşa qədər şahmatçılar arasında Ülviyyə Fətəliyevanın çıxışı daha uğurlu olub. O, ilk iki partiyanı udub. 10 yaşa qədər oğlanlar kateqoriyasında Ülvi Bacaraninnin iki mərhələdən sonra 1.5 xalı, Nicat Abbasovun və Sənan Rəhimin isə hərəyə 1.0 xalı var.

12 yaşa qədər qızlr kateqoriyasında respublikamızı təmsil edən Fəridə Məmmədbəyova 1.0 xal, 12 yaşa qədər oğlanlar kateqoriyasında oynayan Bəhruz Rzayev isə 1.5 xal qazanıb.

14 yaşlı qızlar kateqoriyasında Xəyalə Vəliyeva və 14 yaşlı oğlanlar kateqoriyasında Ayaz Məmmədovun aktivlərində iki mərhələdən sonra 1.0 xal var.

İkinci mərhələdə braziliyalı M. Qevara qalib gələn Nərgiz Ümidova 16 yaşlı qızlar kateqoriyasında 1.0, ukraynalı B. Xarçenok ilə heç-heçə oynayan Nicat Ağayev isə 1.5 xal qazanıblar.

18 yaşlı gənclər kateqoriyasında birinci mərhələdə qalib gələn Eltac Səfərli ikinci mərhələdə güclü kanadalı qrosmeyster Mark Bluvşteynə məğlub olaraq aktivinə 1.0 xal yazdırıb. 18 yaşlı qızlar kateqoriyasında Xəyalə İsgəndərova Azru Çosoviçi məğlub edərək 1.5 xal qazanıb.

Bu gün çempionatın üçüncü mərhələsi keçirilir.

Xəbər lenti

Xəbər lenti