...

"NEFTÇİ" "ANDERLEXT"LƏ MATÇDAN ƏVVƏL İTKİYƏ MƏRUZ QALIB

Cəmiyyət Materials 21 İyul 2005 12:34 (UTC +04:00)

"Neftçi" bir həftədən sonra Brüsseldə keçiriləcək çempionlar Liqasının ikinci raundunun oyunlarına hazırlıq zamanı əsaslı kadr problemləri ilə üzləşəcək.

Trend in verdiyi məlumata görə, klubun məşqçisi Ağasəlim Mircavadov iki əsas futbolçunun xidmətlərindən yararlana bilməyəcək. Söhbət İslandiyanın "Xafnarfordur" klubu ilə cavab görüşünün nəticələrinə görə oyunlardan kənarlaşdırılmış yarımmüdafiəçi Zaur Tağızadə və müdafiəçi Aleksandr Çertoqanovdan gedir.

A.Çertoqanov görüşün gedişində oyundan kənarlaşdırılıb, Zaur Tağızadə isə Avropa kuboku uğrunda kampaniyada ikinci sarı vərəqə alıb.

Buna görə də hazırda onları əvəz edə və "Anderlext"lə birinci oyunda yoldaşlarını mənəvi cəhətdən dəstəkləyə biləcək futbolçular axtarılır.

Xəbər lenti

Xəbər lenti