...

TƏHSİL NAZİRLİYİ AZƏRBAYCANDA 10 YENİ PROQRAM HƏYATA KEÇİRƏCƏK

Cəmiyyət Materials 21 İyul 2005 13:20 (UTC +04:00)

2010-cu ilə kimi Azərbaycanın Təhsil Nazirliyi ölkədə təhsil sisteminin təkmilləşdirilməsi üçün 10-a yaxın yeni proqram həyata keçirməyi planlaşdırır. Bu barədə Trend ə Nazirlikdən məlumat veriblər.

Onların arasında "Məktəbəqədər təhsilin təkmilləşdirilməsinin inkişafı proqramı", "İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə proqram" , "Ümumtəhsil məktəblərinin istilik sistemi ilə təminatı üzrə proqram" , "Məktəb kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsinin inkişafı proqramı " və "Şagirdlərin nailiyyətlərinin yeni modelinin yaradılması üzrə inkişaf proqramı".

Həmçinin ayrıca texniki peşə məktəblərinin maddi -texniki bazasının möhkəmləndirilməsi, kadrların hazırlanmasını nəzərdə tutan "Azərbaycanda texniki peşə təhsilinin inkişaf proqramı" da hazırlanacaq.

Hazırda Nazirlik proqramların maliyyələşdirilməsi üçün mənbə axtarır. Nazirlikdən bildiriblər ki, onların bir hissəsi dövlətin, qalanları isə kreditlərin hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti