...

HƏFTƏ SONU OMBUDSMAN YENİ REGİONLARA BAŞ ÇƏKƏCƏK

Cəmiyyət Materials 21 İyul 2005 14:47 (UTC +04:00)

Bu həftənin sonunda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkənin regionlarına növbəti səfərini planlaşdırır. Bu barədə Trend agentliyinə ombudsman bildirib.

Bu dəfə o, Ağcabədi, Lerik və Yardımlıya səfər edəcək. Səfər zamanı insan hüquqları üzrə müvəkkil insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətlə tanış olacaq, bu rayonların sakinləri və rəhbərliyi ilə görüşəcək, yerlərdə vətəndaşların qəbulunu keçirəcək.

Səfərin gedişində ombudsman hərbi hissələrə, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərə baş çəkəcək. Xatırladaq ki, E.Süleymanova bu günlərdə ölkənin qərb regionlarına səfər edib.

Xəbər lenti

Xəbər lenti