Avqustun 4-də Beynəlxalq Güləş Federasiyasının (FILA) prezidenti Rafael Martinneti Bakıya rəsmi səfər edəcək.
Trend agentliyinin məlumatına görə, qonağın paytaxta səfəri yoxlama xarakteri daşıyacaq. Planlaşdırılmış rəsmi görüşlərdən əlavə, o, idman meydanlarına və 2007-ci ildə sərbəst, yunan-roma, həmçinin qadınlar arasında sərbəst güləş idman növləri üzrə dünya çempionatının keçiriləcəyi yerə baxış keçirəcək. Həmçinin tərəflərin bir sıra texniki, o cümlədən qarşıdakı yarışın təşkili ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.
Qeyd etmək lazımdır ki, çempionat lisenziyalı xarakter daşıyacaq və onun nəticələrinə görə ən yaxşı atletlər 2008-ci ildə keçiriləcək Olimpiadaya vəsiqə qazanacaqlar. Pəhləvanlarımızın isə bu Oyunlara vəsiqə əldə etmək üçün çox gözəl imkanları var.