...

AZƏRBAYCANIN ALİ MƏKTƏBLƏRİNƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AVQUSTUN 2-DƏN SONRA ELAN EDİLƏCƏK

Cəmiyyət Materials 22 İyul 2005 15:34 (UTC +04:00)

Azərbaycan tələbələrin qəbulu üzrə Dövlət komissiyası (TQDK) bütün imtahanlar bitdikdə, avqustun 2-dən sonra qəbul imtahanlarının nəticələrini elan edəcək.İyulun 22-də "Yeni Azərbaycan" partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında TQDK-nin sədri Məleykə Abbaszadə bu barədə bildirib.

M.Abbaszadə iyulun 19-da ali məktəblərə ixtisaslar üzrə keçirilmiş III qrupun imtahanlarının nəticələri barədə jurnalistlərə məlumat verib.Onun sözlərinə görə, imtahanda 30 mindən çox abituriyent iştirak edib, tələbələr gizlicə imtahan zalına keçirmək istəyərkən onlardan 88 mobil telefon, 9 kalkulyator və çoxlu sayda digər şparqalka götürülüb.TQDK-nin sədri abituriyentləri bir daha imtahana gələrkən özləri ilə yardımçı əşyalar gətirməməyə çağırdı.

Onun sözlərinə görə, istənilən anda bunlar götürüləcək və abituriyent imtahan zalından çıxarılacaq. M.Abbaszadənin sözlərinə görə, növbəti imtahanlar iyulun 24-nə təyin edilib.Həmin imtahanlarda 25 min abituriyent iştirak edəcək.

TQDK sədrinin sözlərinə görə, imtahanın nəticələrindən razı qalmayan abituriyentlər yalnız imtahanlar bitdikdən sonra appelyasiyaya verə bilər.

Qeyd edək ki, TQDK sədri mətbuat konfransı keçirdiyi zaman "Yeni Azərbaycan" partiyası mənzil qərargahının qarşısında ölkənin ali məktəblərinə magistratura imtahanlarının nəticələrinə etiraz əlaməti olaraq təxminən 30 şikayətçi aksiya keçirirdi.

Xəbər lenti

Xəbər lenti