...

MİLLİ MƏTBUAT GÜNÜNDƏ "HƏSƏN BƏY ZƏRDABİ" MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLİB

Cəmiyyət Materials 22 İyul 2005 15:46 (UTC +04:00)

İyulun 22-də Azərbaycan Jurnalistlər Birliyinin (AJB) təsis etdiyi milli mətbuatımızın banisi "Həsən bəy Zərdabi" adına mükafatın təqdimetmə mərasimi keçirilib. Trend informasiya agentliyi xəbər verir ki, mərasimdə jurnalist birliklərinin və KİV-lərin rəhbərləri iştirak ediblər.

Hər ilin yekununa görə AJB tərəfindən "Həsən bəy Zərdabi" adına mükafatın laureatlarının müəyyənləşdirildiyini xatırladan birliyin sədri Hacı Hacıyev, bu ilki mükafatın təqdimetmə mərasiminin milli mətbuatımızın yaranmasının 130 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyini qeyd edərək, onun daha əlamətdar olduğunu bildirib.

Sonra qaliblərə mükafatların təqdimolunma mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti