...

MİKLOŞ HARAŞTİ: AZƏRBAYCANIN İCTİMAİ TELEVİZİYASI EFİRƏ ÇOX GEC ÇIXACAQ

Cəmiyyət Materials 22 İyul 2005 16:19 (UTC +04:00)

Azərbaycanda İctimai Televiziyanın (İT) yayımlanması 2005-ci il avqustun sonuna təsadüf edəcək ki, bu da telekanala respublikada seçkiqabağı vəziyyətin "obyektiv işıqlandırılması"na əhəmiyyətli təsir göstərməyə imkan verməyəcək. Trend agentliyinin məlumatına görə, bu bəyanatla iyulun 22-də Bakıda keçirilən mətbuat konfransında ATƏT-in Kütləvi İnformasiya Vasitələrinin müstəqilliyi üzrə nümayəndəsi Mikloş Haraşti çıxış edib.

O vurğulayıb ki, Azərbaycan rəhbərliyi İT-nin yaradılması məsələsi ilə bağlı öz mövqeyini yenidən gözdən keçirməlidir. Xüsusilə, "telekanalın müstəqilliyinin" tam təmin olunması üçün İT-nin Baş Direktoru vəzifəsinə təkrar seçkilər keçirməlidir.

Eyni zamanda ATƏT-in KİV-lərin müsstəqilliyi üzrə nümayəndəsi AZTV-1 telekanalı əsasında İT-nin yaradılmasının zəruriliyindən söz açıb. O, "bu tövsiyyənin nəzərə alınması üçün hələ vaxtın olduğunu" vurğulayıb.

"Azərbaycan hökumətinin bu addımı ictimai televiziyaya ictimai inamın yaranmasına imkan verəcək, bu isə seçkiqabağı dövrdə böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti