Qadınlar arasında UEFA kubokunun ikinci seçmə mərhələsi Azərbaycanda keçirilməyəcək. Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyevin Trend ə bildiridiyinə görə, Avropa Futbol İttifaqı kubokun Bakıda keçirilməsi ilə bağlı AFFA-ya heç bir təklif etməyib.
Onun sözlərinə görə, UEFA hər mövsüm bu məsələ ilə bağlı Assosiasiyaya müraciət edir, lakin bu dəfə biz məmurların diqqətindən kənarda qalmışıq. Bu isə o deməkdir ki, turnir Almaniyada keçiriləcək, belə ki, qrupda "üstün" komanda məhz "Frankfurt"dur.
Xatırladaq ki, bu turnirdə "Gömrükçü"nün rəqibi İsveçrənin "Luvin", Moldaviyanın "Kodru", Makedoniyanın "Şkiponyat", Çexiyanın "Sparta", Belorusun "Vitebskiy Universitet", Rumıniyanın "Kluyana" və Litvanın "Qintra Universitetas" komandaları ola bilər.