...

7 TELEVİZİYA KANALINI BİRLƏŞDİRƏN REGİONAL TELEVİZİYALAR ŞƏBƏKƏSİ YARADILIB

Cəmiyyət Materials 23 İyul 2005 12:18 (UTC +04:00)

İREX Azərbaycanın 7 regional televiziya kanalını birləşdirərək Regional Televiziyalar Şəbəkəsi yaradıb. Bu barədə Trend ə İREX-in hüquqşünası Müşfiq Ələsgərli məlumat verib. O bildirib ki, bu ildən başlayaraq İREX bölgələrdəki televiziyalarla bağlı layihə həyata keçirir. 7 regional televiziya kanalını əhatə edən Regional Televiziyalar Şəbəkəsi Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçib.

"7 regionda - Sumqayıt, Gəncə, Zaqatala, Mingəçevir, Quba və Lənkəran şəhərlərində fəaliyyət göstərən televiziyaların hər birinə bir kilovatt gücündə ötürücü qurğular hədiyyə etmişik. Həmin televiziyalar bu imkanlardan yararlanmağa başlayıblar, yayımlarını genişləndiriblər. Bundan əlavə, onlarla birgə başqa layihələrimiz də var. Bu, seçki ərəfəsində əhali arasında seçki maarifləndirilməsi ilə bağlıdır",-deyə Ə.Məmmədli bildirib. Onun sözlərinə görə, layihələrlə bağlı bölgələrdə keçirilən tədbirlərdə və görüşlərdə ictimaiyyət, siyasi partiyalar, Prezident Aparatı, Milli Məclis, Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin nümayəndələri, ekspertlər də iştirak ediblər.

Ə.Məmmədli onu da bildirib ki, regional televiziyaların həm də reklam bazarlarını genişləndirməyə çalışacaqlar. Onun sözlərinə görə, artıq xaricdən filmlər alınıb və onların dublyajı üçün Bakıda studiyaların qurulması planlaşdırılır. "Həmçinin regional televiziyaların informasiya bazasını genişləndirmək üçün informasiya şəbəkəsi yaratmağı nəzərdə tuturuq. Bu şəbəkə həmin regional televiziyalarda xəbərlərini eyni vaxtda yayacaq.

Bundan başqa televiziyalar üçün ümumi reklam saatı da müəyyən olunacaq, bu reklamlar vahid bir mərkəzdən idarə olunacaq. Ölkədə 20 milyon dollarlıq televiziya reklamının ən azı 20 faizinin regional televiziyaların payına düşməsinə çalışacağıq", - deyə Ə.Məmmədli bildirib.

Xəbər lenti

Xəbər lenti