...

İSMAYIL ÖMƏROV: İCTİMAİ TELEVİZİYA PARLAMENT SEÇKİSİNDƏ BÜTÜN SİYASİ TƏRƏFLƏRİ BƏRABƏR ŞƏKİLDƏ İŞIQLANDIRACAQ

Cəmiyyət Materials 23 İyul 2005 13:22 (UTC +04:00)

"İctimai televiziya parlament seçkisi ilə əlaqədar prosesləri fəal işıqlandıracaq və efirdə bütün siyasi tərəflərə bərabər şəkildə, fərq qoymadan yer ayıracaq". Bu fikirləri Trend ə İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov bildirib.

O qeyd edib ki, artıq rəsmən fəaliyyətə başlamış İctimai Televiziya avqust ayında efirə çıxacaq, dəqiq gün isə hələlik bəlli deyil. Baş direktorun sözlərinə görə, bu ilin noyabrında keçiriləcək parlament seçkisi ilə əlaqədar proqramlar hazırlanacaq, seçkiyə həsr olunmuş verilişlər efirə çıxacaq. "Heç kəs narahat olmasın, seçki ilə bağlı bütün proseslər əhatə olunacaq",-deyə İ.Ömərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti