...

ÜLVİ BACARANİ OĞLANLAR VƏ QIZLAR ARASINDA KEÇİRİLƏN ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONATINDA İKİNCİ YERİ TUTUR

Cəmiyyət Materials 25 İyul 2005 11:38 (UTC +04:00)

Oğlanlar və qızlar arasında keçirilən dünya çempionatının artıq 11 turu arxada qalıb. Şahmatçılarımız arasında 10 (G10) yaşa qədər oğlanlar kateqoriyasında Ülvi Bacarani uğurla çıxış edir.

Beşinici və altıncı turlarda qələbə qazanan şahmatçımız altı mümkün xaldan 5.5 xal toplayıb. O, 100%-li nəticə göstərən hind şahmatçısı Sahac Qroverə uduzaraq ikinci yerdə qərarlaşıb. Bu kateqoriyada Nicat Abbasov 4.0 xalla 17-33-cü yerləri bölüşdürür.

Sənan Rəhimovun 3 xalı var. Q10 kateqoriyasında 4 turdan sonra 100%-li nəticəyə malik olan Ülviyyə Fətəliyeva 5-ci və 6-cı turlarda məğlub olaraq cədvəldə 10-cu yerə enib. Topladığı xal isə dəyişməz - 4.0 olaraq qalır.

G18 kateqoriyasında Eltac Səfərlinin də çıxışını uğurlu hesab etmək olar. O, 6 turdan sonra 4.0 xal toplayaraq 15-26-cı yerləri bölüşdürür. Xəyalə İsgəndərova (Q18) 2.5 xal toplayaraq 48 yerdə qərarlaşıb.

Nicat Ağayev (G16) 3.0 xalla 68-ci, Nərgiz Ümidova (Q16) isə 3.5 xalla 33-cü yerdədir.

Ayaz Məmmədov (G14) 3.5 xalla 43-cü, Xəyalə Vəliyeva (Q14) isə 3.0 xalla 56-cı yerdə qərarlaşıblar.

Bəhruz Rzayev (G12) və Fəridə Məmmədbəyova (Q12) 3.5 xalla 39 və 34-cü yerləri bölüşdürürlər.

Xəbər lenti

Xəbər lenti