...

ÖLKƏNİN ALİ MƏKTƏBLƏRİNDƏ I İXTİSAS QRUPU ÜZRƏ 24 892 ABİTURİYENT QƏBUL İMTAHANLARI VERİB

Cəmiyyət Materials 25 İyul 2005 14:31 (UTC +04:00)

İyulun 24-də 1-ci ixtisas qrupu üzrə 24 892 abituriyent Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanları verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend ə bildiriblər ki, həmin gün 20052006-cı tədris ili üzrə Azərbaycan Respublikasının Ali Hərbi Məktəbinə, orta xüsusi hərbi tibbi məktəblərə və hərbi litseylərə sənəd vermiş abituriyentlər də imtahan veriblər.

Abituriyentlərdən 24116-si Bakıda, 776 -sı Naxçıvan şəhərində imtahan verib. İmtahanların keçirilməsi üçün Bakıda 45 bina, Naxçıvanda 2 bina ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəbinin 1990 müəllimi imtahanlarda rəhbər kimi 168, nəzarətçi- pedaqoq kimi iştirak edib.

1-ci ixtisas qrupu üzrə 17 dövlət və 10 qeyri-dövlət ali müəktəbində 120 sahə üzrə mütəxəssis hazırlanacaq. Onların arasında Azərbaycan Texniki Universiteti 33, Azərbaycan Dövlət Neft Akademiyası 25, Azərbaycan Memarlıq və İnşaat Universiteti 14, Bakı Dövlət Universiteti 12, Gəncə Texnologiya Universiteti 12, Gəncə Kənd təsərrüfatı Akademiyası 11, Milli Aviasiya Akademiyası 8, Azərbaycan İqtisad Universiteti 8, Naxçıvan Dövlət Universiteti 8, Azərbaycan Dəniz Akademiyası 5, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə 5 ixtisas üzrə qəbul həyata keçirir.

Xəbər lenti

Xəbər lenti