...

AZƏRBAYCANDA 328 DİNİ İCMA DÖVLƏT QEYDİYYATINDAN KEÇİB

Cəmiyyət Materials 25 İyul 2005 16:19 (UTC +04:00)

2005-ci il iyulun 1-nə olan məlumata əsasən, indiyədək Azərbaycanda 328 dini icma qeydiyyatdan keçib. Bu haqda Trend ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildirilib.Məlumatda DQİDK-da qeydiyyatdan keçmiş dini icmaların böyük əksəriyyəti islam, yalnız 27-i qeyri-islam təmayüllü dini icmalar olduğu göstərilib.

"İndiyədək qeydiyyatdan keçmiş dini icmalardan "Məhəbbət kilsəsi"nin qeydiyyatı məhkəmə orqanlarının çıxardığı qərara əsasən ləğv olunub. Buna səbəb həmin dini icmanın ölkədə dini dözümsüzlük nümayiş etdirməsi olub.

Bundan əlavə, Azərbaycandakı fəaliyyətlərini dayandırdıqları üçün daha 3 dini icma onların dövlət qeydiyyatının ləğv olunması ilə bağlı DQİDK-ə müraciət edib",-deyə məlumatda bildirilib.

Məlumatda daha sonra, qanunsuz təbliğatla məşğul olduqları, uşaqlar və əcnəbiləri dini təbliğata cəlb etdikləri üçün "Yaqova şahidləri və " Yeddinci günün adventistləri" dini icmalarına xəbərdarlıq edildiyi göstərilib.

Xəbər lenti

Xəbər lenti