...

EKOLOGİYA NAZİRLİYİ QANUNSUZ QUŞ SATIŞINA QARŞI MÜBARİZƏ APARIR

Cəmiyyət Materials 26 İyul 2005 18:32 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər nazirliyinin ətraf mühitin mühafizəsi departamenti tərəfindən Səbayel rayonu ərazisində qanunsuz yolla əldə edilmiş 3 ədəd muymul quşunun satıldığı akar edilib. Bu barədə Trend ə nazirlikdə bildirilib.

Quşları satanlar özünü təqdim etməmiş və hadisə yerindən qaçmışdı. Nazirliyin əməkdaşları tərəfindən quşlar götürülərək müvəqqəti saxlanılması üçün Bakı şəhər heyvanat parkına təhvil verilib.

Nazirlik quşların gələcək müqəddəratını müəyyən edilməsi üçün Milli Elimlər Akademiyasına müraciət edib və akademiyada quşların təbiətə buraxılması məqsədəuyğun hesab edilib.

Xəbər lenti

Xəbər lenti