...

YELENA ŞABOVTA: ALMANİYA İLƏ MATÇ QRUPDA QALİBİN MÜƏYYƏN EDİLMƏSİNDƏ HƏLLEDİCİ OLA BİLƏR

Cəmiyyət Materials 27 İyul 2005 12:44 (UTC +04:00)

"Almaniya komandası ilə görüş yarmqrupda qalibin müəyyən olunmasında həlledici ola bilər". Bu barədə Trend ə Qubada keçirilən Qran-Pri müsabiqəsinin ikinci turu ərəfəsində voleybol üzrə Azərbaycan yığmasının aparıcı voleybolçularından biri Yelena Şabovta bildirib.

O belə hesab edir ki, Almaniya yığması turnirin favoritlərindən biridir və onlarla qarşılaşma heç də asan olmayacaq. Yeri gəlmişkən, komandalar keçən il Bakıda lisenziya startınnın gedişində qarşılaşmışdı və qonaqlar 3:0 hesabı ilə qalib gəlmişdilər.

Y.Şabovtanın sözlərinə görə, rəqib komandanın tərkibində ən güclü idmançılar oynayırlar, lakin voleybolçularımız onlardan heç də geri qalmamağa çalışırlar.

Voleybolçu qeyd edib ki, bolqarlarla oyunda 3:1 hesabı ilə qələbə onlara öz güclərinə arxayın olmağa imkan verib və komanda bu qələbə seriyasını davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti