...

"XƏZƏR"LƏ MATÇDAN QABAQ "NİSTRU" APARICI OYUNÇUSUNDAN MƏHRUM OLUB

Cəmiyyət Materials 27 İyul 2005 13:30 (UTC +04:00)

Moldaviyanın "Nistru" komandası mayın 28-də T.Bəhramov adına respublika stadionunda keçiriləcək UEFA kubokunun birinci raundunun cavab matçında iştirak etmək üçün Bakıya gəlir. Lakin aparıcı oyunçulardan biri - hücumçu Serqey Poqreban komandanı tərk edib.

Trend ə məlum olduğu kimi, komandanın hücumçusu Sergey Poqreban iş yerini dəyişmək qərarına gəlib və yaxın vaxtlarda Qazaxıstan klublarından biri ilə müqavilə imzalayacaq. Lakin aparıcı oyunçunun komandanı tərk etməsinə baxmayaraq, moldovalılar lənkəranlılar üzərində 3:1 hesabı ilə qələbə qazandıqdan sonra öz güclərinə daha da arxayın olublar və qarşıdakı görüşdə da bu üstünlüyü saxlamaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti