...

BOKS ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT YIĞMAMIZ AVROPA BİRİNCİLİYİNƏ YOLA DÜŞÜR

Cəmiyyət Materials 27 İyul 2005 17:25 (UTC +04:00)

Azərbaycanın boks üzrə gənclərdən ibarət yığması iyulun 29-da Tallində başlayacaq Avropa birinciliyində iştirak edəcək.

Trend in məlumatına görə, kollektivin tərkibinə bir neçə dəri əlcək ustalarımız - Məhəmməd Əhmədov (48 kq), Samir Məmmədov (51 kq), Elşən İsmayılov (54 kq) və Elçin Əlizadə (91 kq) daxildirlər. Sonuncu iki idmançımız bu yaxınlarda Moskvada keçirilmiş dünya kubokunda iştirak ediblər.

Komandaya həmçinnin Namiq Quliyev (57 kq), Natiq Cəbrayılov (60 kq), Natiq Alışov (64 kq), Kənan Qədimov (69 kq), Hafiz Vəliyev (75 kq) , Nicat Əkbərov (81 kq), İlham Hətəmov (91 kq-dan artıq) daxildir.

Kollektivin baş məşqçisi Şamil Alimzanov qeyd edib ki, onun yetirmələri Estoniyada bir neçə medal qazanmaq əzmindədirlər.

Xəbər lenti

Xəbər lenti