...

VƏRƏMLƏ MÜBARİZƏ ÜZRƏ DÖVLƏT PROQRAMININ LAYİHƏSİ NƏZƏRDƏN KEÇİRİLMƏK ÜÇÜN HÖKUMƏTƏ TƏQDİM OLUNUB

Cəmiyyət Materials 27 İyul 2005 17:47 (UTC +04:00)

Vərəmlə mübarizə üzrə dövlət proqramının layihəsi müzakirə olunmaq üçün hökumətə təqdim edilib. Bu barədə Trend ə Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Dövlət proqramının layihəsi hökumətin müvafiq strukturlarında nəzərdən keçirildikdən sonra təsdiq olunmaq üçün prezidentə təqdim olunacaq.

Dövlət Proqramı vərəm xəstələrinə dövlət qayğısının səviyyəsinin artıran, onların pulsuz dərmanlarla müasir və yküsəkkeyfiyyətli müalicəsini həyata keçirən və s. bir sıra tədbirlərin reallaşdırılmasını nəzərdə tutur.

Layihədə son vaxtlar vərəmin aşkar olunması faktlarının artdığı penitensionar sistemlərdə və hərbi hissələrdə vərəmlə mübarizə üzrə tədbirlərin həyata keçirilməsinə xüsusi yer ayrılıb.

Ppoqpamda həmçinin xəstə məhbuslar üçün xüsusi yeni müalicə müəssisələrinin tikilməsi, bu müəssisələrdə çalışan tibbi personalın ixtisasının artırılması və s. tədbirlər nəzərdə tutulur. Dövlət proqramının bu ilin sonuna kimi qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, rəsmi məlumatlara görə, Azəpbaycanda 6 min vərəm xəstəsi qeydə alınıb, başqa sözlə, hər 100 min nəfərdən 46-ı əvərəm xəstəsidir. Nazirliyin məlumatına görə, bu, son 4 ildə ən aşağı göstəricidir.

Ötən il bu xəstəlikdən 340 nəfər ölüb ki, 246-sı mülki sektorda, 94-ü isə həbsxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti