...

İNESSA QORXMAZ: TÜRKİYƏ İLƏ MATÇDA QƏLƏBƏLƏR SERİYASINI DAVAM ETDİRƏCƏYİK

Cəmiyyət Materials 28 İyul 2005 11:38 (UTC +04:00)

"Qran-Pri-nin yarımfinalına vaxtından əvvəl çıxmağımıza baxmayaraq, biz Türkiyə yığması ilə qarşılaşmada da qələbələr seriyasını davam etdirmək niyyətindəyik". Bu barədə Trend ə qrup mərhələsinin üçüncü turu ərəfəsində voleybol üzrə Azərbaycan yığmasının voleybolçusu İnessa Qorxmaz bildirib.

O qeyd edib ki, Almaniya yığması üzərində qələbədən sonra voleybolçularımız çox gözəl əhval-ruhiyyədədirlər. Onun sözlərinə görə, matç ağır keçəcək. Belə ki, rəqiblər iki start qarşılaşmasında məğlub olduqlarından, bu dəfə daha inadlı mübarizə aparacaqlar. İ.Qorxmaz onu da vurğulayıb ki, meydan sahibləri çox gözəl oyun tonusundadırlar və Qran-Pri-nin final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, komandamız Qubada keçirilən yarışın ilk yarımfinalçısıdır və həlledici görüşə tam hazırlaşmaq əzmindədir.

Xəbər lenti

Xəbər lenti