...

AZƏRBAYCAN VƏ BELORUS TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALAYACAQ

Cəmiyyət Materials 28 İyul 2005 17:49 (UTC +04:00)

Azərbaycan və Belorus təhsil sahəsində əməkdaşlığa dair saziş imzalayacaq. Bu barədə Trend agentliyinə AR təhsil nazirliyində bildirilib.

Saziş layihəsi Azərbaycanın təhsil nazirliyinin ekspertləri tərəfindən hazırlanıb, Belorusun təhsil nazirliyinə təqdim edilib və hazırda razılaşdırılma mərhələsindədir.

Sənədmüəllim və tələbə mübadiləsi, iki ölkə arasında qarşılıqlı əlaqələrin yaradılması, tələbələrə təqaüd verilməsi və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.Sənəd cari il ərzində bir ölkədən digərinə təhsil nazirliyi nümayəndə heyətinin səfəri çərçivəsində imzalanacaq.

Azərbaycan artıq bəzi MDB ölkələri və xarici ölkələrlə həmin sazişi imzalayıb.Perspektivdə isə Misirlə, Birləşmiş Ərəb Əmirlikləri və d .ölkələrlə saziş layihələri vardır.

Xəbər lenti

Xəbər lenti