...

MÜBARİZ ƏHMƏDOĞLU: METSAMOR AES BÜTÜN CƏNUBİ QAFQAZ ÜÇÜN REAL EKOLOJİ TƏHLÜKƏDİR

Cəmiyyət Materials 28 İyul 2005 18:16 (UTC +04:00)

Ermənistandakı Metsamor Atom Stansiyasının texniki vəziyyəti onun bütün Cənubi Qafqaz regionu üçün real ekoloji təhlükə olduğunu deməyə əsas verir. Bu barədə Siyasi texnologiyalar və yeniliklər Mərkəzinin (STYM) rəhbəri politoloq Mübariz Əhmədoğlunun Trend ə verdiyi müsahibəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyin Yerevana iki günlük səfərinin yekunloarını şərh edərkən bildirib.

"Sirr deyil ki, Metsmor AES texniki səbəbələrə görə öz fəaliyyətini dövri olaraq dayandırır", -deyə M. Əhmədoğlu qeyd edib ki, Məhəmməd əl-Baradeyin Yerevana səfəri AES-nın tezlitklə bağlanmasını arzu edən beynəlxjalq strukturların istəyi ilə bağlıdır.

Politoloqun fikrincə, MAQATE rəhbərinin iki günlük səfəri bu problemlə bağlı dünya birliyinin mövqeyini konkretləşdirir.

"Bu günə kimi Ermənistanın atom energetikasında işlərin vəziyyəti barədə məlumatlar çox azdır və çoxlarına məlum deyil ki, Metsamor AES-dan başqa Ermənistanda birbaşa və ya dolayısı ilə atom sahəsində fəaliyyət göstərən 1200-ə yaxın obyekt var", - deyə M. Əhmədoğlu qeyd edib.

STYM-nin rəhbəri qeyd edib ki, "rəsmi Yerevanın təhlükəsizliklə bağlı verdiyi zəmanətlərdən asılı olmayaraq, fakt faktlığında qalır - Ermənistan Metsamor AES-nı fasiləsiz istismar etmək iqtidarında deyil". "Beləliklə də Ermənistanda real qəza təhlükəsi yaranır ki, bu da avtomatik olaraq bütün regionda həyatı təhlükə altına alır", - deyə M.Əhmədoğlu şərh edib.

Xəbər lenti

Xəbər lenti