...

ÜLVİ BACARANİ BÜRÜNC MEDALA LAYİQ GÖRÜLÜB

Cəmiyyət Materials 29 İyul 2005 11:25 (UTC +04:00)

Sonuncu - 11-ci turda N.Krayuşknə qalib gələn şahmatçımız, 10 yaşa qədər oğlanlar kateqoriyasında çıxış edən Ülvi Bacarani 8.5 xal toplayaraq Fransanın Belfor şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bürünc medala layiq görülüb. Trend in məlumatına görə, turnirin qalibi 9.0 xalla hindistanlı şahmatçı Qrover olub.

Eyni kateqoriyada 7 xalla 22 və 26-cı yerləri bölüşdürən Nicat Abbasov və Sənan Rəhimlinin də çıxışları qənaətbəxş olub. Ülviyyə Fətəliyeva 7.0 xalla 10-cu yerdə qərarlaşıb. Bu kateqoriyada çinli Vanq qalib olub.

Digər şahmatçılarımız aşağıdakı yerləri tutublar:

G18. Eltac Səfərli - 36-cı yer. Qalib - İ.Xayrullin (Rusiya)

Q18. Xəyalə İsgəndərova - 14-cü yer. Qalib - Maka Purtseladze (Gürcüstan)

G16. Nicat Ağayev - 40-cı yer. Qalib- A.Lenderman (ABŞ).

G16. Nərgiz Ümidova - 24-cü yer. Qalib - A.Muzıçuk (Sloveniya)

G14. Ayaz Məmmədov - 31-ci yer. Qalib- Liem Quanq Le (Vyetnam).

Q14. Xəyalə Vəliyeva - 30-cu yer. Qalib - E.Tairova (Rusiya).

G12. Bəhruz Rzayev - 15-ci yer. Qalib- Ş.Narayanan (Hindtistan).

Q12. Fəridə Məmmədbəyova - 16-cı yer. Qalib - M.Arabidze (Gürcüstan).

Xəbər lenti

Xəbər lenti