...

ANGELİNA QRYUN: "AZƏRBAYCAN YIĞMASINDAN MƏĞLUBİYYƏTİN ƏVƏZİNİ ÇIXACAĞIQ"

Cəmiyyət Materials 30 İyul 2005 11:10 (UTC +04:00)

"Azərbaycan yığması layiqli rəqibdir və biz onunla qarşıdakı görüşə son dərəcə ciddiliklə hazırlaşırıq". Bu barədə Trend ə Almaniya yığmasının kapitanı Angelina Qryun Qran-Prinin yarımfinal matçından qabaq bildirib.

Kollektivin lideri onu da vurğulayıb ki, rəqib komanda oyunlarda uğurla çıxış edir və onların Azərbaycanda keçirilməsi də az əhəmiyyət kəsb etmir. A.Qryunun sözlərinə görə, özlərini artıq beynəlxalq arenada göstərən gənc idmançılara üstünlük verilir. O qeyd edib ki, onun komanda yoldaşları qrup mərhələsindəki məğlubiyyətlərinin əvəzini çıxaraq yarışın finalına vəsiqə qazanmağa çalışacaqlar.

Xatırladaq ki, Qran-Pri oyunlarının yarımfinalında qarşılaşacaq digər cütlük Rusiya və Polşa yığmalarıdır.

Xəbər lenti

Xəbər lenti