...

14 425 ABİTURİYENT ALİ MƏKTƏBLƏRƏ V İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANI VERƏCƏK

Cəmiyyət Materials 30 İyul 2005 15:06 (UTC +04:00)

İyulun 31-də 2005/2006-cı tədris ilində ali məktəblərə V ixtisas qrupu üzrə 14 425 abituriyent qəbul imtahanı verəcək.Bu barədə Trend agentliyinə AR tələbə qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) bildirilib.

Həmin qrupa aşağıdakı ixtisaslar daxildir: sosiologiya, psixologiya və pedaqogika. Bakıda imtahanların keçirilməsi üçün 25 bina, Naxçıvanda isə 2 bina ayrılacaq.

İmtahanda rəhbər olaraq 90 nəfər, Bakı və Sumqayıtın orta məktəblərindən 1014 müəllim pedaqoq-nəzarətçi olaraq iştirak edəcək.

Digər qruplar üzrə imtahanlar artıq keçirilib.

Xəbər lenti

Xəbər lenti