...

ALLA HƏSƏNOVA: BİZ RUSİYA YIĞMASINI MƏĞLUB EDƏ BİLDİK

Cəmiyyət Materials 1 Avqust 2005 10:58 (UTC +04:00)

"Rusiya yığması üzərində qələbəmiz bizim daha güclü rəqibləri də məğlub edə biləcəyimizi bir daha sübut edir". Bu barədə Trend ə voleybol üzrə Azərbaycan yığmasının kapitanı Alla Həsənova Qubada keçirilən Qran-Pri turniri başa çatarkən bildirib.

Voleybolçu qeyd edib ki, həlledici matç çox gərgin keçib. Onun sözlərinə görə, komanda nəhayət ki son zamanlar dəfələrlə uduzduğu Rusiya yığmasına qalib gələ bilib. Lakin bir ay ərzində Faiq Qarayevin yetirmələri rəqibi üç dəfə -Yekaterinburqda keçirilən kubokda, Moskvada keçirilən dünya çempionatının seçmə turnirinin üçüncü mərhələsində və Qubada keçirilən Qran-Pri turnirində məğlub edə bilib.

A.Həsənova onu da vurğulayıb ki, komanda güclü rəqiblərlə qarşılaşmalarda öz üstünlüyünü nümayiş etdirməyi bacarıb.

Xəbər lenti

Xəbər lenti