...

TQDK ABİTURİYENTLƏRƏ VƏ ONLARIN VALİDEYNLƏRİNƏ XƏBƏRDARLIQ EDİR Kİ, SAXTAKAR "BAL HESABLAYANLARA" İNANMASINLAR

Cəmiyyət Materials 1 Avqust 2005 15:36 (UTC +04:00)

Azərbaycanın Tələbə qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə və onların valideynlərinə xəbərdarlıq edir ki, saxtakar "bal hesablayanlara" inanmasınlar.TQDK-də Trend agentliyinə bildirilib ki, son vaxtlar bəzi naməlum adamlar, kommersiya qurumları və özəl hazırlıq kursları abituriyentlərin və onların valideynlərinin qəbul imtahanından sonra narahat vəziyyətdə olmasından istifadə edərək onlardan müəyyən pul mükafatı almaqla guya onların balını hesablayaraq hansı ali məktəbə daxil olduqlarını deyirlər.

TQDK abituriyentlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, bu təşkilatların TQDK ilə heç bir əlaqəsi yoxdur.

Balların hesablanmasına dair düstur "Abituriyent" jurnalının müxtəlif saylarında dərc ediləcək və TQDK-nin saytında yerləşdiriləcək. Bundan başqa, TQDK-də bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqları və onların cavabları "Abituriyent" jurnalında dərc ediləcək və www.tqdk.gov.az. saytında yerləşdiriləcək. Abituriyentlər "Sual kimtabçası" ndakı qeydlər əsasında topladıqları balları rahat şəkildə yoxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti