...

SƏRBƏST GÜLƏŞ ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT YIĞMAMIZ AVROPA BİRİNCİLİYİ UĞRUNDA MÜBARİZƏYƏ BAŞLAYIR

Cəmiyyət Materials 1 Avqust 2005 16:13 (UTC +04:00)

Sərbət güləş üzrə gənclərdən ibarət Azərbaycan yığması avqustun 1-də Polşanın Vrotslav şəhərində başlayacaq Avropa birinciliyində iştirak edəcək.

Trend in məlumatına görə, komandanın tərkibinə Ceyhun Əliyev (50 kq), Cəlal Süleymanov (55 kq), Xaqan Süleymanov (60 kq) və Elnur Əliyev (74 kq) daxildirlər.

Keçən il keçirilmiş analoji yarışda yığmamız vətənə gümüş mükafatla qayıtdığından, komandanın baş məşqçisi Rövşən Ümidov yetirmələrinin bu dəfə də medal qazanmaq şanslarının olduğunu hesab edir.

Güləşçilərimizin əsas rəqiblərinin rusiyalı, gürcüstanlı, türkiyəli, bolqarıstanlı və digər atletlərin olacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, yığmanın tərkibi bu yaxınlarda başa çatmış ölkə birinciliyinin yekunlarına görə formalaşıb.

Xəbər lenti

Xəbər lenti