...

ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AVQUSTUN 10-DAN ETİBARƏN MƏLUM OLACAQ

Cəmiyyət Materials 2 Avqust 2005 13:55 (UTC +04:00)

Tələbə qəbulu üzrə dövlət komissiyası (TQDK) 2005-2006-cı illərdə ölkənin ali məktəblərinə qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxtı müəyyən edib. TQDK-da Trend ə bildirildiyi kimi, hazırda ekspertlər imtahanların nəticələrini yoxlayırlar.

Xatırladaq ki, TQDK əvvəlcə imtahanların nəticələrin avqustun 2-dən sonra elan etməyi planlaşdırmışdı, lakin ekspertlər abituriyentlərin işlərini ayın 2-nə kimi yoxlamağı çatdırmadıqlarından onun vaxtı uzadılıb.

Bu il 27 dövlət və 15 qeyri-dövlət müəssisələrində plan üzrə yerlərin sayı 28 785-dir (keçən il bu rəqəm 28 475 təşkil edib). Onlardan 23 585 yer dövlət, 5 200 yer isə qeyri-dövlət təhsil müəssisələrindədir. Dövlət müəssisələrində 10 828 yer ödənişsiz, 12 757 yer isə ödənişlidir. Qəbul 254 ixtisas üzrə aparılıb.

Xəbər lenti

Xəbər lenti