...

BOKSÇULARIMIZ ESTONİYADA KEÇİRİLƏN AVROPA BİRİNCİLİYİNDƏ UĞURLA ÇIXIŞ EDİRLƏR

Cəmiyyət Materials 3 Avqust 2005 11:37 (UTC +04:00)

Yeddi boksçumuz Tallində keçirilən Avropa birinciliyində medal uğrunda mübarizəni davam etdirirlər. Trend in məlumatına görə, Samir Məmmədov (51 kq), Elşən İsmayılov (54 kq), Namiq Cəbrayılov (60 kq), Elçin Əlizadə (91 kq), Namiq Hüseynov (57 kq) və Natiq Alışov (64 kq) turnirdə uğurla çıxış edirlər.

Sonuncu iki atletimiz yarışın iki oyununu arxada qoyaraq əsas mərhələyə qədər gəlib çıxıblar. Kollektivin baş məşqçisi Şamil Alimzanov belə hesab edir ki, onun yetirmələri Estoniyada bir neçə medal qazanmaq əzmindədirlər.

Xatırladaq ki, 4 boksçumuz artıq mübarizəni dayandırıblar və onlar komanda yoldaşlarını yalnız mənəvi cəhətdən dəstəkləyə bilərlər.

Xəbər lenti

Xəbər lenti