...

SON 3-4 İLDƏ AZƏRBAYCANDA 436 MƏKTƏB TİKİLİB VƏ TƏMİR EDİLİB

Cəmiyyət Materials 3 Avqust 2005 15:34 (UTC +04:00)

Son 3-4 ildə Azərbaycanda 436 yeni məktəb tikilib. Trend in məlumatına görə, bu barədə avqustun 3-də Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni dərs ilinə qədər ölkədə "Yeni və fəaliyyət göstərən ümumtəhsil məktəblərinin inşası və bərpası haqqında" beşillik proqram çərçivəsində tikilmiş 11 yeni məktəb istismara veriləcək. Bu proqramda 149 yeni məktəbin və fəaliyyət göstərən 175 məktəbdə 1328 sinif otağının inşası nəzərdə tutulur.

Nazirin sözlərinə görə, yeni dərs ilinə qədər Azərbaycanda Heydər Əliyev Fondunun vəsaitləri hesabına ölkənin ucqar rayon və kəndlərində daha 132 məktəb inşa ediləcək.

Xəbər lenti

Xəbər lenti