...

HÜQUQŞÜNASLAR AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNƏ DAHA BİR ŞİKAYƏT VERİBLƏR

Cəmiyyət Materials 3 Avqust 2005 17:50 (UTC +04:00)

Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) qeydiyyati ilə baglı qurumun təsisçilərinin Ədliyyə Nazirliyinə qarşı qaldırdıqları şikayəti üzrə Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Bu barədə Trend ə AHF-dən məlumat verilib.

Qeyd edək ki, iddiacilar AHF-nin qeydiyyata alındığını əsas gətirərək təşkilata qeydiyyat şəhadətnaməsinin verilməsini tələb edirlər.

Lakin Ədliyyə Nazirliyindən bildirilib ki, AHF-nin qeydiyyata alınmasından imtina barədə məktub təsis sənədləri ilə birlikdə poçt vasitəsilə təsisçilərə qaytarılıb.

Ədliyyə Nazirliyinin nümayəndələrinin məhkəməyə təqdim etdiyi sənəddə də bu barədə açıqlama verilib.

Əvvəlcə Yasamal rayon məhkəməsində, sonra isə Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin xeyrinə qərarlar çıxarılıb.

Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəməsinin qərarından Ali Məhkəmənin Plenumuna şikayət verilib.

Hüquqşünaslar həmçinin Avropa Konvensiyasının 6-cı, 11-ci və 13-cü maddələrinin pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhhkəməsinə şikayət göndəriblər.

Avropa Məhkəməsinə göndərilən şikayətdə qeyd olunur ki, AHF-nin qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinə qarşı iddia Azərbaycan məhkəmələrində 2003-cü ilin iyun ayında qaldırılıb.

Qanuna görə bu cür işlər birinci instansiya məhkəməsinə verilən andan maksimum 4-5 ay ərzində Ali Məhkəmədə son qərar verilməli olduğu halda, iş üzrə kassasiya məhkəməsinin qərarı 2 ildən sonra çıxarılıb.

Xəbər lenti

Xəbər lenti