...

OMBUDSMAN QADIN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ BAXIŞ KEÇİRİB

Cəmiyyət Materials 5 Avqust 2005 13:23 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinin 4 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirib. Bu barədə Trend agentliyinə Azərbaycanın ombudsman aparatında bildirilib.

Ombudsman məhkumların hər biri ilə ayrı-ayrılıqda görüşüb, onların saxlanılma şəraiti, hüquqlarının müdafiəsi məsələsi, onlara münasibətdə zorakılığa yol verilib-verilməməsi ilə maraqlanıb.Söhbət zamanı məhkum qadınlar saxlanılma şəraiti ilə bağlı şikayət bildirməyib.Onlar ombudsmana deyib ki, onlara münasibətdə heç bir zorakılıq olmayıb. Ombudsman cəzaçəkmə müəssisəsinin rəhbərinə konkret tövsiyələr verib.

E.Süleymanova müəssisədə olan əcnəbi məhkumlarla da görüşüb və onların xahişlərini onların vətəndaşı olduğu ölkələrin səfirliklərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti