...

AVQUSTUN 15-DƏ İSMAYILLIDA KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ DAİR BİRİNCİ REGİONAL KONFRANS KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 5 Avqust 2005 13:43 (UTC +04:00)

Avqustun 15-də İsmayıllı şəhərində Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELI) və ABŞ-ın beynəlxalq inkişaf agentliyinin (USAID) dəstəyi ilə Azərbaycanın Gənc Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunmuş korrupsiyaya ilə mübarizəyə dair birinci regional konfrans keçiriləcək. Bu barədə Trend ə GHA-nın sədri Nadir Adilov bildirib.

Onun sözlərinə görə, konfranslar ölkə gəncləri arasında maarifləndirmə işlərinin aparılması üzrə layihənin bir hissəsidir və Azərbaycan Respublikası Dövlət Qulluğu İdarəetmə Şurası yanında korrupsiya ilə mübarizə üzrə Komissiya tərəfindən tam dəstəklənir.

"Maarif - korrupsiya ilə uğurlu mübarizədə yeganə üsuldur və bu məsələdə gənclərin rolu xüsusilə böyükdür", - deyə GHA sədri vurğulayıb. O, həmçinin belə tədbirlərin gələcəkdə də keçiriləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti