...

AZƏRBAYCANIN TƏHSİL NAZİRLİYİ TEXNİKİ PEŞƏ MƏKTƏBLƏRİNİN İNKİŞAFI YOLLARINI NƏZƏRDƏN KEÇİRİR

Cəmiyyət Materials 5 Avqust 2005 13:47 (UTC +04:00)

Azərbaycanın təhsil nazirliyi ölkədəki texniki peşə məktəblərinin fəaliyyətinin i nkişafı yollarını nəzərdən keçirir. Nazirlikidə Trend agentliyinə bildirilib ki, hazırda bu sahəyə vəsaitlərin cəlb edilməsi üzrə müxtəlif variantlara, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, eləcə də gənclərin tədrisə cəlb edilməsi kimi məsələlərə baxılır.

Nazirlikdə qeyd olunub ki, variantlardan biri texniki məktəblərin zəngin istehsal şirkətləri və zavodların balansına verilməsidir.Təhsil nazirliyi kadr tələbatı məsələsinin öyrənilməsi üçün iqtisadi inkişaf nazirliyinin rəhbərliyi ilə danışıqlar aparır. Nazirlik həmçinin texniki məktəblərdə ayrı-ayrı istehsal şirkətləri üçün bu və ya digər sahədə vacib olan işçi kadrların hazırlanması üzrə qısamüddətli kursların təşkil edilməsini planlaşdırır.

Hazırda Azərbaycanda qəbul planı 13-14 mindən yüksək olmayan 218 texniki peşə vardır.Texniki peşə məktəblərinin inkişafı dövlət proqramının layihəsinə hazırda hökumət tərəfindən baxılır. 2005-2010-cu illər üçün nəzərdə tutulmuş proqram bu tədris müəssisələrinə dövlətin yardım göstərməsini nəzərdə tutur.Sənəddə həmçinin tədris proqramlarının təkmilləşdirilməsi, texniki məktəblərin maddi-texniki bazasının inkişafına ayrılan vəsait həcminin artırılması kimi məsələlər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti