...

LƏTİF HÜSEYNOV: KORRUPSİYA İLƏ MÜBARİZƏ ŞƏXSİ MƏQSƏDLƏRLƏ İSTİFADƏ EDİLƏ BİLƏN KAMPANİYA DEYİL

Cəmiyyət Materials 5 Avqust 2005 14:03 (UTC +04:00)

Korrupsiya ilə mübarizə şəxsi məqsədlərlə istifadə edilə bilən kampaniya yox, bütün cəmiyyətin planlı işidir.

Trend in məlumatına görə, bu barədə avqustun 5-də jurnalistlərlə görüşündə Dövlət Qulluğu İdarəetmə Şurası yanında korrupsiya ilə mübarizə üzrə komissiyanın üzvü, Azərbaycanın Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu və ya digər beynəlxalq təsnifat üzrə aşağı göstəricilər ölkənin dövlət orqanlarının problemi kimi qəbul edilməməlidir və bu işdə bütün cəmiyyətin səyləri birləşdirilməlidir.

"Bəyannamələr, şüarlar Azərbaycanda korrupsiyanın kökünü kəsmir. Bu yolda hər bir vətəndaşın dəstəyi zəruridir", - deyə L.Hüseynov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti