...

ŞAHLAR ƏSGƏROV: AZƏRBAYCANIN TƏHSİL SAHƏSİNDƏ STRUKTUR DƏYİŞİKLİKLƏRİ EDİLMƏLİDİR

Cəmiyyət Materials 5 Avqust 2005 14:15 (UTC +04:00)

Azərbaycanın təhsil sahəsində struktur dəyişikliklər edilməlidir.Xüsusilə "partiya təşkilatçıları" sisteminin yenidən yaradılması respublikanın tədris müəssisələrində korrupsiya faktlarının vaxtında aşkar edilməsinə imkan verəcək. Trend agentliyi bildirir ki, avqustun 5-də jurnalistlərlə görüşündə Milli Məclisin (parlament) elm və təhsil məsələləri üzrə daimi komissiyasının sədri Şahlar Əsgərov bəyan edib.

Ş.Əsgərovun fikrincə, sovet dövründə Azərbaycanda fəaliyyət göstərən "partiya komitələri" sistemi yerlərdə korrupsiya ilə mübarizə aparan pedaqoqlar təqdim edirdi. "Partiya komitə sədrləri" şəbəkəsi 700 pedaqoqdan ibarət idi. "Təhsil sistemində korrupsiya həmişə olub".

Amma "partiya orqanları" sayəsində rüşvətxorların əsas hissəsi məsuliyyətə cəlb edilirdi" -deyə parlament komissiyasının sədri xatırladıb və qeyd edib ki, həmin qurum ola bilsin ki, başqa adla yenidən yaradılmalıdır.

Sonda Ş. Əsgərov Azərbaycan və Rusiya təhsil sahələri arasında paralel aparıb və qeyd edib ki, Rusiyada bugünkü gündə də təhsil sahəsində korrupsiya ilə mübarizə məqsədilə bilavasitə inzibati nəzarəti təmin edən qurum fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti